“Real” Zidanın yerinə baş məşqçi axtarır

 09:13 04.12.2020     181

"Real" rəhbərliyi "Tottenxem Hotspur"un baş məşqçisi olmuş Maurisio Poçettino ilə danışıqlar aparıb.

Redaktor.az xəbər verir ki, "kral klubu"nun nümayəndələri Zinəddin Zidanın istefa verəcəyi təqdirdə argentinalı məşqçi ilə onun kluba başçılıq etməyə hazırlığı ilə bağlı əlaqə saxlayıblar.

Daha əvvəl bildirilirdi ki, əgər Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin son matçında "Borussiya" (Monhenqladbax) komandasına qalib gələ bilməsə, Zinəddin Zidan "Real"ın baş məşqçisi postundan çıxarılacaq.

Eyni zamanda qeyd edilirdi ki, “Kral Klubu” “Tottenxem Hotspur”un keçmiş məşqçisi Maurisio Poçettino və “Real”-“Kastilio” ehtiyat komandasının məşqçisi Raul Qonzalezin namizədliyini nəzərdən keçirir.

Xatırladaq ki, "Real" Çempionar Liqasının 5 matçda 7 xal yığaraq, B qrupunun yarış cədvəlində 3-cü yer tutur, "kral klubu" İspaniya çempionatının turnir cədvəlində 17 xalla 4-cü yerdədir. //Report