Devid Bekhem Baş məşqçini istefaya göndərib

 00:51 08.01.2021     269

ABŞ-ın "İnter Mayami" komandasının Baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Redaktor.az xəbər verir ki, uruqvaylı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı Alonso klubun yarandığı 2019-cu ildən ona başçılıq edirdi. Komanda 2020 mövsümündə çıxış etdiyi Şərq konfransını 7 qələbə, 3 heç-heçə və 13 məğlubiyyətlə 10-cu pillədə başa vurub.

Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemdir. //Open.az