"Arsenal" klubu bankdan kredit götürüb

 20:30 07.01.2021     82

İngiltərə "Arsenal"ı koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranından çıxmaq üçün kredit götürüb.

Redaktor.az xəbər verir ki, London təmsilçisi İngiltərə Bankından 120 milyon funt-sterlinq borc alıb.

Kredit "topçular"a maddi zərərləri qismən ödəməyə imkan verəcək. Klub bu ilin mayınadək borcunu qaytarmalıdır. //Report