Daha bir güləşçimiz karyerasını bitirib

 17:00 08.01.2021     262

Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub.

Redaktor.az-ın məlumatına görə, təcrübəli idmançı 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub.

Xatırladaq ki, daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb. //Report.az