“Yuventus”un oyunçusunda koronavirus aşkarlanıb

 05:14 09.01.2021     273

İtaliyanın "Yuventus" klubunun futbolçusu Matteys de Liqt koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, protokolla nəzərdə tutulmuş yoxlamaların gedişatında hollandiyalı müdafiəçinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. 22 yaşlı oyunçu karantinə alınıb.

Qeyd edək ki, "Yuventus" yanvarın 10-da İtaliya A Seriyasının XVII tur matçında "Sassuolo"nu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Daha əvvəl COVID-19 Aleks Sandro və Xuan Kuadradoda aşkarlanıb. //Report