"Sabah" klubu yeni transferini açıqlayıb - FOTO

 15:05 11.01.2021     46

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Kotdivuardan olan hücumçu Tiemoko Fofananı transfer edib.

21 yaşlı oyunçu Finlandiyanın "İlves" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Tiemoko Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında çıxış edib.