AFFA-nın növbəti Konfransı keçiriləcək

AFFA-nın növbəti Konfransının vaxtı açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, tədbir yanvarın 29-da keçiriləcək.
COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında baş tutacaq. Konfrans saat 11:00-da başlayacaq.