Avropa çempionatının yeri məlum olub

 01:44 12.01.2021     62

2021-ci ildə keçiriləcək karate üzrə Avropa çempionatının harada keçirilməsinə aydınlıq gəlib.

Redaktor.az-ın məlumatına görə, 56-cı Avropa çempionatı Xorvatiyanın Poreç şəhərində keçiriləcək. Bu, 19-23 may tarixlərində baş tutacaq. 

Həmçinin Fransanın paytaxtı Parisdə keçirilməli olan Olimpiya Təsnifat turnirinin vaxtı da bəllidir. 11-13 iyun tarixlərində keçiriləcək turnirdən sonra Olimpiadaya vəsiqə qazanacaq son karateçilərin adları bilinəcək.

Qeyd edək ki, bu il karate üzrə Avropa çempionatı İsveçin Yöteborq şəhərində keçirilməli olsa da, yerli hökumət pandemiya ilə əlaqədar olaraq yarışın təşkilatçılığından imtina edib. //Oxu.az