"Sumqayıt"ın yeni transferi Bakıda: Müqavilə müddəti bəlli oldu

 04:13 12.01.2021     43

"Sumqayıt"ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.

Redaktor.az xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq Bakıdadır.

Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanacağı bildirilib.

Haqverdi son olaraq ölkəsinin "Paykan" klubunda çıxış edib.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.

//Report