"Mançester Yunayted" Poqba ilə vidalaşmağa hazırdır

 05:19 12.01.2021     46

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Pol Poqbanı satmağa hazırdır.

Redaktor.az xəbər verir ki, "qırmızı şeytanlar" fransalı yarımmüdafiəçi üçün 75 milyon funt sterlinq tələb edir.

Hazırda 28 yaşlı oyunçu ilə İtaliyanın "Yuventus", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları yaxından maraqlanır.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ildə Turin klubundan keçib. //Report