Son 10 illiyin ən yaxşı klub məşqçiləri bəlli olub

 10:52 12.01.2021     50

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 illiyin ən yaxşı klub məşqçilərini açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, İspaniya “Atletiko”sunun çalışdırıcı Dieqo Simeone 2011-20-ci illərin səsvermələrinin yekununda hamını qabaqlayıb.

Argentinalı mütəxəssis bu müddətdə 152 xal toplayıb. İkinci pilləni Pep Qvardiola tutub. İspan çalışdırıcı 144 xala malikdir. Almaniyalı Yurgen Klopp 104 xalla ilk “üçlüy”ü qapayır.

Joze Mourinyo, Massimiliano Alleqri, Unay Emeri, Zinəddin Zidan, Karlo Ançelotti, Maurisio Poçettino və Marselo Qalyardo da 10 ən yaxşı klub məşqçisi sırasında yer alıb. //APA