"Neftçi"nin sabiq hücumçusu Misir klubuna keçdi

 19:55 12.01.2021     177

"Neftçi"nin sabiq futbolçusu Kvame Karikari karyerasını Misirdə davam etdirəcək.

Redaktor.az xəbər verir ki, qanalı hücumçu bu ölkənin ENPPI komandasına keçib.

Klubun yaydığı məlumata əsasən, 29 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2018/2019 mövsümünün birinci yarısını "Neftçi"də keçirmiş Kvame Karikari flaqmanın heyətində 10 oyuna 2 qol vurub. //Report