"Sabah" daha bir futbolçu ilə yollarını ayırıb

 16:01 13.01.2021     311

“Sabah” klubu futbolçusu Abbas Ağazadə ilə yollarını ayırıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ağazadə 2019-cu ildən “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, "Sabah" klubu daha əvvəl Yevgeni Koçukla yollarını ayırıb, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.

Vumart və Güvən reklamı Vumart Güvən