"World Masters”: İki cüdoçumuz gümüş medal qazandı

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska "World Masters” turnirində gümüş medal qazanıb.
Redaktor.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Romana Dikkonu sınağa çəkib və rəqibinə ipponla uduzub.
Qeyd edək ki, daha əvvəl 100 kq-da yarışan Zelim Kotsoyev finalda məğlub olaraq, gümüş medal əldə edib. //Report