"Yuventus" fransalı futbolçunu icarəyə götürüb

 03:57 14.01.2021     227

Fransanın "Nant" klubunun futbolçusu Abdulaye Dabo İtaliya "Yuventus"una keçib.

Redaktor.az xəbər verir ki, Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

"Qoca sinyora" yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Dabo bu mövsüm "Nant"ın B komandasında 5 oyun keçirib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən