Azərbaycan-Serbiya matçının stadionu müəyyənləşib

Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
Redaktor.az bildirir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan-Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oyun saat 20:00-da başlayacaq.