“Fənərbaxça” Azarı icarəyə götürmək istəyir

 17:28 18.01.2021     188

“Fənərbaxça” Madrid “Real”ının yarımmüdafiəçisi Eden Azar ilə maraqlanır.

Redaktor.az xəbər verir ki, Türkiyə klubu belçikalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmə təklifini ispan klubuna təqdim etməyi düşünür. Futbol mütəxəssisləri bildirirlər ki, Madrid klubunun belə bir təkliflə razılaşması çətin görünür.

E.Azarın son nəticələrinə gəlincə, cari mövsüm yarımmüdafiəçi La Liqada altı oyun keçirib və bir qol vurub.

Xatırladaq ki, bugünlərdə “Fənərbaxça” “Arsenal”dan yarımmüdafiəçi Məsut Özili əldə edib. //Oxu.az