Daha bir yığma dünya çempionatından imtina edib

 19:43 18.01.2021     173

Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatından imtina edən milli komandaların sayı 3-ə çatıb.

Redaktor.az xəbər verir ki, ABŞ və Çexiyadan sonra Kabo-Verde yığması da turnirdəki iştirakını dayandırıb.

Buna komandanın heyətində koronavirusa kütləvi yoluxma səbəb olub. A qrupunda mübarizə aparan və ilkin mərhələnin birinci oyununda Macarıstana 27:34 hesabı ilə uduzan komanda Almaniyaya qarşı ikinci tur matçında 10 nəfər oyunçu tapa bilmədiyi üçün texniki məğlubiyyət alıb. Yığmanın nümayəndələri artıq IHF-ni turnirdən çıxmaları barədə məlumatlandırıblar.

Qeyd edək ki, dünya çempionatı yanvarın 31-dək davam edəcək. //Report