Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşib

 08:10 19.01.2021     166

Argentinanın "Boka Xuiniors" klubu ilk dəfə keçirilən Dieqo Maradona Kubokunun qalibi olub.

Redaktor.az-ın məlumatına görə, əfsanəvi futbolçunun sabiq komandası finalda "Banfild"i üstələyib.

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:3) "Boka Xuniors" kuboka sahib çıxıb.

Qeyd edək ki, turnirin daha əvvəl Liqa kuboku adlandırılacağı bildirilsə də, Mradonanın ölümündən sonra ona veteran hücumçunun adı verilib. //Report