"Zirə" yeni transferini açıqlayıb

 15:20 19.01.2021     154

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Redaktor.az klubun rəsmi saytına istinadə xəbər verir ki, komanda Nemanya Andelkoviçlə anlaşıb.

23 yaşlı serbiyalı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nemanya Andelkoviç daha əvvəl ölkəsində "Radnik", "Metalaç", "Yavor", "Pivara" və "Zlatibor" klublarında çıxış edib.