Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb

 04:57 21.01.2021     208

İspaniyalı futbolçu David Barral tarixə düşüb.

Redaktor.az-ın məlumatına görə, 37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternacional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternacional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb. //APA