Belarus daha bir yarışdan məhrum edilib

 07:09 23.01.2021     258

Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.

Redaktor.az xəbər verir ki, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.

Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq.

Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan da məhrum edilib. //Open.az