Cenk Tosun "Beşiktaş"a dönüşünü dublla qeyd etdi

 19:28 15.02.2021     292

Türkiyə Super Liqasında XV tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, son oyun günündə "Beşiktaş" səfərdə "Gənclərbirliyi"ni 3:0 hesabı ilə məğlub edib.

İstanbul təmsilçisinin heyətində qolları 4-cü dəqiqədə Raşid Gezzal, 89 və 90+4-cü dəqiqələrdə isə yeni transfer Cenk Tosun vurub. 3 illik fasilədən sonra "qara qartallar"a qayıdan Türkiyə millisinin hücumçusu dönüşünü dublla qeyd edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" ikinci pillədəki yerini qoruyub. Eyni xala malik "Qalatasaray" 1-ci, "Fənərbağça" isə 3-cü sırada yer alır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən