Serxio Ramos "Real Madrid"i tərk edir

 07:50 16.02.2021     330

İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos gələcək karyerası ilə bağlı qərarını verib.

Redaktor.az xəbər verir ki, ispaniyalı müdafiəçi Madrid təmsilçisindən ayrılacaq.

35 yaşlı oyunçu "kral klubu" ilə cari mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmaqdan imtina edib. O, maaşının azaldılmasına razı olmayıb.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"də çıxış edir. //Report