Yeni mövsümün başlama tarixi açıqlandı - Rusiya Premyer Liqası

Futbol üzrə Rusiya Premyer Liqasında 2021/2022 mövsümünün təqvimi açıqlanıb.
Redaktor.az xəbər verir ki, iyulun 25-də start götürəcək yeni mövsüm 2022-ci il mayın 22-də başa çatacaq.
Qeyd edək ki, ölkə çempionatında cari mövsüm qış fasiləsindən sonra fevralın 26-da bərpa olunacaq. Hazırkı çempionata mayın 16-da yekun vurulacaq. //Report