David Alaba "Bavariya"dan ayrılacağını açıqlayıb

 03:50 17.02.2021     60

Almaniya "Bavariya"sının futbolçusu David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə avstriyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı cinah oyunçusu artıq yekun qərarını verdiyini bildirib:

"Yeni macəra yaşamaq üçün bu addımı atıram. Asan qərar deyil. 13 ildir bu komandanın üzvüyəm. Klub mənə doğmadır. Hələ hara gedəcəyimi bilmirəm. Agentlərim digər klublarla danışırlar".

Qeyd edək ki, David Alaba ilə İspaniyanın "Real Madrid" klubu yaxından maraqlanır. //Report