Əsrin ən yaxşı futbol hakimləri açıqlanıb - SİYAHI

 05:30 17.02.2021     59

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı hakimlərinin siyahısını hazırlayıb.

Redaktor.az xəbər verir ki, 20 nəfərlik siyahıya 141 xalla almaniyalı referi Feliks Brix başçılıq edir.

İkinci sırada isə türkiyəli Cüneyt Çakır yer alıb. Çakırı liderdən cəmi 1 xal ayırıb. Türkiyəli FİFA referisinin aktivində 140 xal var.

Üçüncü sıranın sahibi isə 137 xalla ingilis Hovard Uebbdir.

Sonrakı yerləri bu referilər tutub:

Markus Merks (Almaniya) – 135
Byorn Kuypers (Niderland) – 133
Nikola Ritsoli (İtaliya) – 121
Oskar Ruis (Kolumbiya) – 104
Massimo Busakka (İsveçrə) – 96
Xorxe Luis Larrionda (Uruqvay) – 96
Luboş Miçel (Slovakiya) – 96
Pyerluici Kollina (İtaliya) – 94
Nestor Pitana (Argentina) – 88
Kim Milton Nilsen (Danimarka) – 84
Frank De Blekere (Belçika) – 82
Viktor Kaşşai (Macarıstan) – 81
Martin Atkinson (İngiltərə) – 80
Damir Skomina (Sloveniya) – 76
Manuel Enrike Qonsales (İspaniya) – 73
Anders Frisk (İsveç) – 70
Qraham Poll (İngiltərə) – 70 //Qafqazinfo