“Dinamo” “Brügge” ilə bərabərə qalıb

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Redaktor.az xəbər verir ki, günü ilk matçında Kiyev "Dinamo"su doğma meydanda Belçika "Brügge"sini qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub.
Qeyd edək ki, cavab görüşü fevralın 25-də keçiriləcək. //Qafqazinfo