Əliyar Ağayev Superliqa matçında VAR hakimi olacaq

 22:39 18.02.2021     268

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, o, ölkə çempionatının XXIII turunda VAR (video-köməkçi hakim) sisteminin tətbiq ediləcəyi "Atromitos" - AEL qarşılaşmasını idarə edəcək.

Ağayev ertəsi gün keçiriləcək "Volos" – "Apollon" oyununda isə VAR hakimi olacaq. //Report