“Qarabağ” yenə xal itirdi

 20:07 19.02.2021     84

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “Sabah” səfərdə “Səbail”ə 0:2 hesabı ilə uduzub.

Günün digər matçında son çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdam klubu bu görüşdə 1 xalla kifayətlənib - 0:0.

Turun qalan iki oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral

Səbail – Sabah 2:0
Qol: A.Yunanov, 16; 77.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.
Bakı. “ASCO Arena”, 16:00.

Sumqayıt – Qarabağ 0:0
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.
“Sumqayıt Arena”, 18:00. //Qafqazinfo