Millimizin oyunçusundan “Barselona”ya möhtəşəm qol - VİDEO

 17:05 20.02.2021     282

Millimizin futzalçısı Eduardo Borqes çıxış etdiyi Fransanın AKKS klubu ilə UEFA Çempionlar Liqasında İspaniyanın məşhur “Barselona” komandasına qol vurub.

Redaktor.az xəbər verir ki, bu gün Barselonada keçirilən oyunda hesabı 9-cu dəqiqədə millimizin braziliyalı legioneri Edu açıb. O, dabanla möhtəşəm qola imza atıb.

Bununla belə, daha təcrübəli olan “Barsa” iki qol vuraraq 2:1 qalib gəlib. Bununla da Kataloniya klubu 1/4 finala vəsiqə qazanıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən