Umut Bulut Super Liqanın tarixinə düşüb

 07:50 21.02.2021     311

Türkiyənin “Yeni Malatyaspor” klubunda çıxış edən Umut Bulut Super Liqa tarixində 504-cü oyununa çıxıb.

Redaktor.az bildirir ki, bu barədə “Spor Arena” məlumat yayıb.

Umut Bulut bununla da Türkiyə çempionatı tarixində ən çox qarşılaşmaya çıxan futbolçu olub.

O, ümumilikdə 17 mövsüm Super Liqada mübarizə aparıb. Umut Bulut bu müddət ərzində 163 qol vurub. //Oxu.az