"İnter" "Milana" qalib gəldi

 20:29 21.02.2021     87

İtaliya A seriyasında növbəti Milan derbisi keçirilib.

Redaktor.az-ın məlumatına görə, “Milan” və “İnter” ölkə çempionatlarında 196-cı dəfə üz-üzə gəlib.

Bu qarşılaşma A seriyasının XXIII turuna təsadüf edib. Rəqiblərini eyni stadionda qəbul edən rəqiblərin duelində “Milan” ev sahibi olub.

Çempionatın liderlərinin dueli erkən qolla başlayıb. Lautaro Martines 5-ci dəqiqədə vurduğu topla “İnter”i hesabda önə çıxarıb. Fasilədən sonra da sevinən tərəf “neradzurra” olub.

Lautaro 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Cəmi 9 sonra Romelu Lukaku üçüncü dəfə “rossonyeri”nin topu qapıdan çıxarmağa məcbur edib.

Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub. Digər qarşılaşmada “Milan” 63 qələbə qazanıb, 58 matç heç-heçə bitib. Top fərqində də neradzurra” öndədir – 286:259.

Qeyd edək Ki, bu qələbədən sonra xal hesabını 53-ə çatdıran “İnter” liderliyini möhkəmlədib. İkinci sırada qalan “Milan” 4 xal geridədir. //APA