Əsrin bombardirlərinin SİYAHISI

 10:13 22.02.2021     53

Əsrin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, XXI əsrdə beynəlxalq oyunlarda ən çox qol vuranların cədvəlində 13 futbolçu yer alıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına 2001-20-ci illərdə milli komanda və qitə kuboklarında 100 və daha çox qol vuranlar daxil edilib. Cədvəlin ilk pilləsində Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı 246 qol vurub.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 246
2. Lionel Messi (Argentina) - 197
3. Robert Levandovski (Polşa) - 141
4. Neymar (Braziliya) - 121
5. Zlatan İbrahimoviç (İsveç) - 119
6. Bader Al-Mutava (Küveyt) - 119
7. Didye Droqba (Fil Dişi Sahili) - 115
8. Luis Suares (Uruqvay) - 115
9. Serxio Aquero (Argentina) - 104
10. Edin Dzeko (Bosniya və Herseqovina) - 104
11. Miroslav Kloze (Almaniya) - 101
12. Samuel Etoo (Kamerun) - 100
13. Edinson Kavani (Uruqvay) - 100

//APA