"Zirə"nin yeni transferi İstanbula yollanıb

 19:30 22.02.2021     265

"Zirə"nin yeni transferi Filipe Paxtman Bakını tərk edib.

Redaktor.az-ın məlumatına görə, məşq zamanı zədələnən braziliyalı hücumçu tibbi müəyinədən keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.

21 yaşlı forvardın son durumuna məhz oradakı müayinədən sonra aydınlıq gələcək. Əzələsindən xəsarət alan gənc futbolçunun əməliyyat olunacağı istisna edilmir.

Qeyd edək ki, "Zirə" Filipe Paxtmanla 6 ay + 3 illik müqavilə bağlayıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən