"Neftçi"nin yetirməsi Latviya klubuna keçib

 00:15 23.02.2021     246

"Neftçi"nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə futbolçunun agenti Erkin İbrahimov feysbuk səhifəsində paylaşım edib.

26 yaşlı müdafiəçi Latviyanın tanınmış klubu "Ventspils" ilə 2 illik müqavilə bağlayıb. Anlaşmaya əsasən, o, qarşıdakı 4 ayda icarə əsasında Moldovanın "Dinamo-Avto" klubunda çıxış edəcək.

Qeyd edək ki, Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın "Dauqavpils" komandasının formasını geyinib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən