İtaliya klubunun yeni baş məşqçisi açıqlanıb

 03:15 23.02.2021     217

İtaliya A Seriyasında çıxış edən "Kalyari"yə yeni baş məşqçi təyin olunub.

Redaktor.az xəbər verir ki, komandanın sükanı arxasına Leonardo Smpliçi gətirilib.

54 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə fevralın 22-də istefaya göndərilmiş Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, "Kalyari" 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb. //Report