Braziliya çempionatında kuryoz hadisə yaşanıb

 07:15 23.02.2021     72

Braziliya çempionatında "Flamenqo" və "İnternasyonal" klubları arasındakı oyunda kuryoz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisindən icarəyə götürülən qonaqların əsas müdafiəçisi Rodiney Marselo de Almeyda müqavilə şərtinə əsasən, bu matçda meydana çıxa bilməzdi.

Bunun üçün qarşı tərəfə 153,000 avro cərimə ödəmək lazım idi. Yerli azarkeşlərdən biri ödənişi öz üzərinə götürərək 29 yaşlı futbolçunun oynamasına şərait yaradıb.

Əsas hadisələr də bundan sonra yaşanıb və təcrübəli oyunçu bir anda antiqəhrəmana çevrilib. İlk hissədə avtoqol müəllifi olan Rodiney ikinci yarının əvvəlində qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə "İnternasyonal" 1:2 hesabı ilə uduzaraq liderliyi rəqibə təhvil verib. //Report