Qvardiola Mourinyonun rekordunu yeniləyib

 15:38 28.02.2021     194

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni rekorda imza atıb. O, komandanın sükanı arxasında keçirdiyi 273 oyundan 200-də qələbə qazanıb.

Redaktor.az-ın məlumatına görə, bu göstərici İngiltərə Premyer Liqası məşqçiləri arasında ən yaxşı nəticədir.

Bugünədək sözügedən rekord Joze Mourinyoya məxsus olub. Portuqaliyalı çalışdırıcı “Çelsi”nin baş məşqçisi olduğu zaman 309 oyundan sonra 200-cü qələbəsini qazanıb.

Qeyd edək ki, Qvardiola məşqçilik karyerası ərzində cəmi 500 dəfə qələbə yaşayıb. Bunlardan 179-u “Barselona”, 121-i isə “Bavariya”nın payına düşür. //Oxu.az