“Krotone” baş məşqçisi ilə vidalaşıb

 18:50 01.03.2021     185

İtaliya klubu “Krotone” baş məşqçisi Covanni Stroppa ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilib ki, ardıcıl uğursuz nəticələr səbəbindən çalışdırıcı istefaya göndərilib. Komanda hazırda A seriyasında 12 xalla sonuncu pillədə qərarlaşır.

Qeyd edək ki, Covanni Stroppanın 2018-ci ildən çalışdırdığı “Krotone” ötən il A seriyasına vəsiqə qazanıb. //APA