Bundesliqa klubu baş məşqçisini istefaya göndərib

 00:50 02.03.2021     192

Almaniyanın "Arminiya" komandasının baş məşqçisi Uve Noyxaus istefaya göndərilib.

Redaktor.az xəbər verir ki, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemet də qovulub.

Qeyd edək ki, Uve Noyxaus 2018-ci ildən "Arminiya"ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. //Report