Futbol millimiz Türkiyə yığması oyun keçirəcək

 12:41 02.03.2021     175

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Redaktor.az AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız Türkiyə millisi ilə görüşəcək.

Yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. 

Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək. Oyunun başlama saatı hələ dəqiqləşməyib.