“Formula-1” yarışı azarkeşsiz keçiriləcək

 13:12 02.03.2021     242

Bakıda bu il baş tutacaq “Formula-1” yarışı azarkeşsiz keçiriləcək. 

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının yeni mətbuat katibi Ayan Nəcəfova deyib. 

Buna görə Bakıda bu il tamaşaçı tribunaları quraşdırılmayacaq. 

Qeyd edək ki, ötən il Bakı Şəhər Halqası yarışın azarkeşsiz keçirilməsinə razı olmadığı üçün imtina etmişdi. //Oxu.az