“Liverpul”un əfsanəsi ölüb

 14:49 02.03.2021     199

İngiltərənin “Liverpul” klubunun əfsanəsi İan Sent-Con vəfat edib.

Redaktor.az-ın məlumatına görə, mersisaydlıların sabiq futbolçusu 83 yaşında ölüb.

İan 1961-ci ildə “Liverpul”a həmin dövr üçün rekord məbləğə transfer olunub. Aşağı divizion təmsilçisi futbolçu üçün 37 min 500 funt sterlinq ödəyib.

10 il ərzində 425 matça çıxan İan 118 qol vurub. 1964/65 mövsümündə 70 ildə ilk İngiltərə kubokunu qazanan “Liverpul”un “Lids”lə finaldakı qələbə qoluna da Sent-Con imza atıb.

Qeyd edək ki, İan “Liverpul”un heyətində 6 titul qazanıb. //APA