“Barselona”nın sabiq prezidenti azadlığa buraxılıb

 16:24 02.03.2021     229

İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu azadlığa buraxılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə qərarı İspaniya məhkəməsi verib.

Martın 1-də klubun ofisindəki əməliyyat zamanı saxlanılan Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli qismində çıxıb. Onlar 2020-ci ilin mayında açılan biznesdə korrupsiya işi ilə bağlı dindirilsə də, hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb. Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib. //APA