İbrahimoviç yenidən Lebron Ceymsə söz atıb

 01:15 03.03.2021     282

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Leykers" komandasının basketbolçusu Lebron Ceymslə yenidən qiyabi mübahisəyə girib.

Redaktor.az xəbər verir ki, isveçli hücumçu idmançıların idmançı, siyasətçilərin isə siyasətçi kimi qalmalarının vacibliyini bildirib.

Onun sözlərinə görə, rasizm və siyasət fərqli anlayışlardır: "Biz idmançılar dünyanı birləşdiririk, siyasətçilər isə ayırırlar. Başqa işlərlə məşğul olmuruq, çünki bu, bizdə pis alınır. Əks halda, siyasətdə olardım. Mesajım budur".

Qeyd edək ki, daha əvvəl Zlatan İbrahimoviç Lebron Ceymsin siyasətə fəal soxulduğunu söyləyib. Onun fikrincə, idmançı belə etməməlidir. Ceyms isə sosial ədalətsizlik və irqçi zəmində problem qarşısında heç vaxt susmayacağını açıqlayıb. Bu münaqişədə bəzi idmançılar onu müdafiə ediblər. //Report