“Qalatasaray” heyətini yeni müdafiəçi ilə gücləndirib

 17:43 03.03.2021     219

İstanbulun “Qalatasaray” klubu mövsümün sonunda “Göztəpə” ilə müqaviləsi bitəcək Alpaslan Öztürkü heyətinə qatacaq.

Redaktor.az bildirir ki, bu barədə “CNNTurk” xəbər yayıb.

1.80 sm boya malik 27 yaşlı futbolçu “Qalatasaray”ın müdafiə xəttini gücləndirmək məqsədi ilə alınıb.

Qeyd edək ki, Alpaslan Öztürk Belçikada doğulub və bu ölkədə böyüyüb boya-başa çatıb.

O, Türkiyənin “Kasımpaşa”, “Eskişehir”, “Elazığspor” kimi klublarında top qovub. //Oxu.az