Tokio-2020-yə yalnız yerli azarkeşlər buraxıla bilər

 16:48 03.03.2021     209

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı yarışlara yalnız yerli tamaşaçılar buraxıla bilər.

Redaktor.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Yaponiya hökuməti dördilliyin multiidman yarışının xarici tamaşaçılar olmadan keçirilməsini nəzərdən keçirir. Məsələ ilə bağlı yekun qərar bu ay veriləcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilməlidir. //APA