Rəşad Sadıqov: Hesab ədalətlidir

 18:28 03.03.2021     204

"Gərgin və maraqlı oyun keçdi. Hər iki komandanın futbolçularının mübarizliyini qeyd edərdim. Kəndlər bir-birinə bələd idilər".

Redaktor.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ilk hissənin daha gərgin keçdiyini bildirib:

"İkinci yarının ilk yarım saatında biz daha üstün idik. Daha sonra Ayxan Abbasov dəyişikliklər etdi və son 10 dəqiqədə rəqib üstün oldu. Hesab ədalətlidir". //Report