Elxan Məmmədov Mərakeşin səfiri ilə görüşüb

 19:38 03.03.2021     259

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarşı qəbul edib.

Redaktor.az-ın məlumatına görə, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.

Hər iki tərəf futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanlarını müzakirə edib.